axirət dünyası

the next world загробный мир
axilles dabanı (bir adamın ən zəif cəhəti)
axirət günü
OBASTAN VİKİ
Axirət
Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir. == Axirət aləmi == Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. === Axirət aləminin xüsusiyətləri === Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır: Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə.
Axirət Cihazı
Axirət cihazı adətən planetdəki bütün həyat formalarını silmə gücünə malik silah və ya silah sistemlərindən ibarət hipotetik quruluşdur. Bir çox hipotetik quruluşlar hidrogen bombalarının daha böyük versiyalarının yaradıla biləcəyi faktına yaxud onların başqa maddələrlə gücləndirilməsi düşüncəsinə əsaslanır (məs: kobalt bombası.) Axirət cihazları və nüvə qırğınının dünyanı yox etməsi düşüncəsinə 20-ci əsr incəsənət və ədəbiyyatında elm və texnologiyanın təkmilləşməsi ilə inam daha da artdı. Elmi fantastika janrındakı bir çox klassiklər elə bu mövzunu əhatə edir. "Axirət cihazı" termini ilk dəfə 1960-cı ildə öz təstiqini tapıb. == Tarixi == 1954-cü ildən bəri Kəstl Bravo istilik-nüvə silahı testi istənilən böyüklükdə dağıdıcı və təsir etdiyi hər yeri intensiv radiasiyaya məruz qoyan bombaların düzəldilməsinin mümkünlüyünü ortaya qoyur. Leo Szilard kimi bir sıra nüvə silahı nəzəriyyəçiləri massiv istilik-nüvə silahını yüzlərlə ton kobaltla əhatə edib partlatdıqda əmələ gələcək Cobalt-60-ın demək olar yer üzündəki canlı həyata son qoyacağını düşünür. RAND şirkətinin strategisti Herman Kahn Sovetin və ya ABŞ-nin bir sıra hidrogen bombasını eyni anda partladmağa proqramlanmış axirət maşınlarının var olduğuna inanırdı. Axirət cihazının nüvə hücumunu aşkarlaya bilmə qabiliyyəti insansız və insan müqavimətinə məhəl qoymayaraq öz-özünə işə düşməsidir. Kahn bu maşının potensial düşmən hücumlarını dəf etməsi və siyasi önəmini vurğulayaraq bu tip maşının həqiqi olmaq ehtimalının çox yüksək olduğunu bildirir, lakin "axirət maşınları" müzakirəsində Kahn N-ci ölkə eksperimentindən bəhs edir və bildirir ki, o heç vaxt ABŞ-nin axirət maşınına sahiblənməsinin tərəfdarı olmayıb. Soyuq müharibə zamanı Sovet Birliyinin təkmilləşdirdiyi "Perimetr" sistemi ölümcül nüvə xüsusiyyətlərinə görə "axirət maşını" adlandırılırdı.
Nil Dünyası
Nil Dünyası Nil Karaibrahimgil'in ilk studio albomudur. Albomun üz şəkili bir jurnal kimi dizayn edilmişdir. CD'də "Madonna Olacakmış" mahnısından sonra "Aptal Kovboy" adlı gizli bir mahnı vardır. Diskdə bu gizli mahnı yoxdur.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Sofinin dünyası
Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdir. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Nərmin Kamal tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır. Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur.
Türk dünyası
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
İslam dünyası
İslam dünyası — adətən müsəlman cəmiyyətinə (Ümmət) aid edilir; İslam dinini və ya İslamın tətbiq etdiyi cəmiyyətlərə riayət edənlərin hamısından ibarətdir.
Xristian dünyası
Xristian dünyası — xristian dövlətlərinə, xristianların çoxluq təşkil etdiyi ölkələrə və xristianlığın üstünlük təşkil etdiyi, mədəni və ya tarixən iç-içə olduğu ölkələrə aid edilən tarixi termin. Roma imperiyasının son dövrlərində xristianlığın Levantdan Avropaya və Şimali Afrikaya yayılmasından sonra xristian dünyası Yunan Şərqi və Latın Qərbinə bölünmüşdür. Nəticə etibarilə xristianlığın daxilində Roma və Konstantinopol şəhərləri ətrafında mərkəzləşmiş, öz inancları və əməlləri olan sektalar yaranmışdır. XI–XIII əsrlərdə latın kilsəsi Qərb dünyasının mərkəzi roluna yüksəlmişdir.
Güzgü dünyası
Güzgü dünyası — real dünyanın rəqəmsal formada təsviri. Bu, coğrafi cəhətdən dəqiq şəkildə real dünya strukturlarının xəritəsini çəkməyə çalışır. Güzgü dünyaları real insan mühitlərinin və onların işlərinin proqram modelini təklif edir. Bu, rəqəmsal əkiz anlayışına çox bənzəyir. Rəqəmsal media ilə bağlı termin Yel Universitetinin kompüter alimi Devid Gelernter tərəfindən təklif edilmişdir. O ilk dəfə 1991-ci ildə hipotetik güzgü dünyasından danışmışdır.
Ruhlar dünyası
Ruhlar dünyası (ing. Ghost World) — Terri Zviqoffun 2001-ci ildə ekranlara çıxan qara komediya filmi. Film eyniadlı komiks kitabının motivləri əsasında çəkilib. Məktəbi yenicə bitirən iki yeniyetmə qız bundan sonra nə edəcəklərini bilmirlər. Onlardan biri məzə üçün, albom toplayan yaşlı bir kişi ilə dostluq etməyə başlayır — bu iki qız arasında anlaşılmazlığa gətirib çıxarır. Thora Birch — Enid Skarlet Yohansson — Rebecca Steve Buscemi — Seymour Brad Renfro — Josh Illeana Douglas — Roberta Allsworth Bob Balaban — Enid's Father Stacey Travis — Dana Official page — Facebook səhifəsi Ruhlar dünyası — Internet Movie Database saytında.
Terminator 2: Axirət günü
Terminator 2 (ing. Terminator 2: Judgment Day) — 1991-ci ildə ABŞ rejissoru Ceyms Kemeron tərəfindən fantastik janrda çəkilmiş filmlərdən biridir. Filmin distribütoru "TriStar Pictures" kinokompaniyasıdır. 1992-ci ildə Oskar mükafatının dörd kateqoriyası üzrə (Ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı qrim və ən yaxşı vizual effektlər) mükafatı qazanmış və iki kateqoriyası üzrə (Ən yaxşı operator işi və ən yaxşı montaj) nominasiyaya layiq görülmüşdür. Proqramçı Maylz Daysonun başçılığı altında «Kiberdayn Sistems» (ing. Cyberdyne Systems) korporasiyasının bir qrup mühəndisləri filmin ilk hissəsində məhv edilmiş T-800 robotun qalıqlarından prosessor hazırlamışlar. Bu prosessorun əsasında «Skaynet» (ing. Skynet) adlı süni yaddaş sistemi yaradılacaqdır və bu sistem idarədən çıxaraq, ABŞ-nin hərbi qüvvəsini ələ keçirəcəkdir. 1995-ci ilin avqust ayında «Skaynet» sistemi Rusiyaya nüvə silahı atacaq, Rusiya da öz növbəsində ona müqavimət göstərəcəkdir. Bu zaman "Axirət günü" yaxınlaşacaq və 3 milyard insan məhv olacaqdır.
Mədəniyyət dünyası (məcmuə)
Ozan dünyası (jurnal)
Ozan dünyası jurnalı — Azərbaycan Aşıqlar Birliyinin mətbu orqanı. Baş redaktoru Musa Nəbioğludur. Jurnalın təsisçisi Azərbaycan Aşıqlar Birliyidir. Baş redaktoru Musa Nəbioğlu, məsləhətçilər isə xalq şairi Zəlimxan Yaqub və professor Məhərrəm Qasımlıdır. Zəlimxan Yaqub, Məmməd Aslan, Həsən Mirzə, Nizami Cəfərov, Məhərrəm Qasımlı, Qənirə Paşayeva, Qara Namazov, Bəhlul Abdulla, Sədnik Paşayev, Elxan Məmmədli, İlyas Tapdıq, Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Seyfəddin Altaylı (Türkiyə), Nizaməddin Onk (Almaniya), Çingiz Mehdioğlu (İran), İrfan Nəsrəddinoğlu (Türkiyə), Osman Əhmədoğlu (Gürcüstan) Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2736. e-mail. [email protected] e-mail. [email protected] tel. 012 493 69 14 ünvan.
Qambolun heyrətamiz dünyası
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı. Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s.
Sofinin dünyası (kitab)
Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdir. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Nərmin Kamal tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır. Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur.
Türk dünyası coğrafiyası
Tələbə Dünyası (qəzet)
Tələbə Dünyası — Bakı Slavyan Universitetinin nəşri "Tələbə dünyası" qəzeti Bakı Slavyan Universiteti rektorluğunun 28 avqust 2000-ci il tarixli qərarına uyğun olaraq universitetin rektorunun 14 sentyabr 2000-ci il tarixli 46 saylı əmri ilə təsis edilmişdir. Qəzetin ilk sayı 9 noyabr 2000-ci il tarixində nəşr olunmuşdur. 8 səhifədən ibarət olan "Tələbə dünyası" qəzetinin hər sayında 50-yə yaxın mövzularda müxtəlif rubrikalar altında universitetin müəllim, magistr və tələbələrinin məqalələri, şerləri dərc olunur. Qəzetdə hər iki dildə - həm Azərbaycan, həm də rus dillərində məqalələr dərc olunur. "Yaddaşımızı təzələyək", "Bura Vətəndir", "Tariximizin qan yaddaşı", "Slavyan dünyası", "Əsrlərdən gələn səslər", "Nobel mükafatı laureatları", "Hikmət xəzinəsindən", "Dahi şəxslərin həyatından", "Xalq təbabəti", "Bəşəriyyətin sirləri", "Tapın görək", "Bilirsinizmi", "Bunu bilmək lazımdır" və s. rubrikalarda ictimai, siyasi, mədəni, tarixi, elmi və digər mövzular barədə geniş məlumatlar verilir. Qəzetin hər sayında universitet həyatında baş verən yeniliklər, keçirilən tədbirlər, görüşlər geniş əhatə olunur. "Rektorluq səhifəsi", "Yeniliklər" və "Aktual" səhifələrində universitetin həyatı ilə bağlı olan bütün hadisələr geniş işıqlandırılır. Digər "Tanış olaq", "Rakurs", "Tərcümə", "Düşüncələr", "Tələbə yaradıcılığı" səhifələrində dərc olunan materiallar isə universitetin magistr və tələbələrinin intellektual səviyyəsinin yüksəlməsində, onların dünyagörüşünün formalaşmasında muhum rol oynayır. Hər tədris ilinin sonunda "Tələbə dünyası" qəzeti "Dünya tələbə gözü ilə" və "İstedadlı tələbə" adları altında müsabiqələr elan edir.
Tələbə Dünyası qəzeti

Uolt Disney dünyası
Walt Disney World (Volt Disney dünyası) və Disney dünyası kimi adlandırılan Walt Disney World Resort, ABŞ-nin Florida ştatındakı Orlando və Kissimmee şəhərləri yaxınlığında Bay Lake və Lake Buena Vista əyləncə kompleksidir. 1 oktyabr 1971-ci ildə açılan kurort The Walt Disney şirkətinin bir bölməsi olan Disney Parkları tərəfindən idarə olunur. İlk olaraq Walt Disney World Company tərəfindən idarə edildi. Mülk 25,000 acreni (39 kv. mil; 101 km²) əhatə edir , bunun yalnız yarısı istifadə edilmişdir. Kurort dörd tematik park ( Magic Kingdom, Epcot, Disney Hollywood Studios və Disney's Animal Kingdom-dan ibarətdir ), iki su parkı, 27 tematik kurort oteli, doqquz Disney olmayan otel, bir neçə golf kursu, bir düşərgə və digər əyləncələrdən, Disney Springs açıq ticarət mərkəzi də daxil olmaqla məkanlardan ibarətdir. 1960-cı illərdə Walt Disney 1955-ci ildə açdığı Kaliforniyanın Anaheim bölgəsində Disneylendi tamamlamaq üçün hazırlamışdır. "Florida Layihəsi", məlum olduğu kimi, özünəməxsus attraksionları ilə fərqli bir görünüş təqdim etmək üçün nəzərdə tutulmuşdu. Volt Disneyin orijinal planları, yeni şəhərdə yaşayan yeniliklər üçün bir test yatağı olaraq hazırlanması planlaşdırılan bir cəmiyyətin " Sabahın Təcrübəli Prototip Cəmiyyəti " nin (EPCOT) daxil olmasını da çağırdı. Volt Disney, 15 dekabr 1966-cı ildə, kompleksin ilkin planlaşdırılması zamanı öldü.
Volt Disney dünyası

Walt Disney Dünyası

İslam Dünyası Cəmiyyəti
İslam Dünyası Cəmiyyəti (qısaca İDC) (ərəbcə - Rabitət əl-aləm əl-islami) - 1962-ci ildə Məkkədə yaradılmışdır. İDC-nin rəhbər orqanı şuradır. Şuraya baş katib başçılıq edir. Cəmiyyət öz əməli fəaliyyətini məhəlli əlaqələndirmə şuraları (Asiya, Afrika, Şimali və Cənubi Amerika üçün) vasitəsilə həyata keçirir. Bu şuraların əsas diqqəti islam dininin təbliğinə, məscidlər tikilməsinə yardım göstərilməsinə, Məkkəyə ziyarətlərin təşkilinə cəlb edilmişdir. İslam Dünyası Cəmiyyəti öz fəaliyyətini İslam Şurası Konfransı ilə əlaqələndirir.
İslam Dünyası Ensiklopediyası
İslam Dünyası Ensiklopediyası (fars. دانشنامه جهان اسلام‎) — İslam başlanmasından etibarən bu zamana qədər İslam təlimləri və müsəlman millətlərin mədəniyyəti və sivilizasiyası haqqında ensiklopediya. 40 cildlik təşkil edəcək ensiklopediya, İslam Ensiklopediyası Fondunun səyilə indiyə qədər, 16 cilddə çap olunub. Bu cildlərə minlərlə məqalə daxildir.
Rənglərin sehrli dünyası
Film Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin zəngin və son dərəcə maraqlı həyat və yaradıcılıq yolundan bəhs edir.
Battle Angel Alita dünyası
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita kəllə ovçusuna çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Yukito Kişiro daha sonra "Ashen Victor" adlı spin-off manqası və "Battle Angel Alita: Last Order" ilə "Battle Angel Alita: Mars Chronicle" adlanan iki sikvel manqası yaratmışdır. Manqaka Yukito Kişiro manqa seriyasına uyğun olaraq postapokaliptik dünya yaratmışdır. Hadisələrin böyük hissəsi XXVI əsrdə Tiferes və Xarabalıq adlanan iki şəhərdə baş verir. "Ashen Victor" manqasında isə hadisələr əsasən Xarabalıq və Bedlenddə cərəyan edir. Xronoloji baxımdan üç manqada hadisələr ümumilikdə 20 il ərzində baş verir. "Last Order" manqasına dünyanın izahı daha geniş verilmişdir.